16 C
Baku
Friday, October 18, 2024

Hökumət Ödəniş Portalı ilə əməliyyatların ümumi dəyəri 18% artıb

Bu ilin I yarısında Azərbaycanda Hökumət Ödəniş Portalı (HÖP) ilə 2.257 milyard manatlıq əməliyyat aparılıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17.8 % çoxdur.

Hesabat dövründə HÖP-lə aparılmış əməliyyatların sayı isə 32.912 milyon olub. Bu isə 1 il əvvələ nisbətən 8 % çoxdur.

Xatırladaq ki, HÖP dövlət büdcəsinə vә kütlәvi xidmәtlәr üzrә ödәnişlәrin mәrkәzlәşdirilmiş qaydada toplanılması üçün yaradılıb. Portala 11 mәrkәzi icra hakimiyyәti orqanı, 3 dövlət agentliyi, 4 kommunal xidmәt müәssisәsi, 5 stasionar vә mobil rabitә operatoru, 122 mәhkәmә orqanı, 19 sığorta şirkәti, 1 438 bәlәdiyyә orqanı, 109 ali vә orta ixtisas tәhsil müәssisәsi vә digәr sosial әhәmiyyәtli qurumlar inteqrasiya olunub.

Hazırda HÖP-lə 1 100-dәn çox xidmәt üzrә ödәnişlәr toplanılır. Bu xidmәtlәr üzrә ödәnişlәr 26 bankda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azәrpoçt” MMC-nin 2 500-dәn çox filial vә şöbәlәrindә, 4 000-ə yaxın ödәniş terminalında nağd vә nağdsız formada aparıla bilәr.

Son xəbərlər
Digər xəbərlər