ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çin iqtisadi sanksiya kimi şərh edilə biləcək bir qərarla adadan sitrus meyvələrinin və iki növ balığın idxalını dayandırdığını açıqladı.
Banker.az xəbər verir ki, Baş Gömrük İdarəsinin açıqlamasına görə, Tayvandan gələn qreypfrut, limon və portağal kimi sitrus meyvələri ilə yanaşı, ağ saç quyruğu və skumbriya balığının materikə girişi qadağan edilib.
Qadağa qərarının müvafiq qaydalara və qida təhlükəsizliyi şərtlərinə uyğun olaraq qəbul edildiyi bildirilib və qərar xəbərdarlığında bütün gömrük bölmələrindən idxal bildirişlərinin qəbulunun dayandırılması tələb edilib.
Bəyanatda Pelosinin səfəri və bununla bağlı mümkün iqtisadi sanksiyalara toxunulmayıb.