9 C
Baku
Thursday, December 12, 2024

“Alibaba” şirkəti “Tesla”nın rəqibi ilə birləşir

Çinin e-ticarət nəhəngi “Alibaba” yerli elektrik avtomobil startapı “Xpeng” ilə birləşir. Şirkətlər proqramın təlimini yeddi gündən bir saata qədər sürətləndirəcək hesablama mərkəzi tikəcəklər. Startap qabaqcıl XPILOT sürücüyə yardım sistemi təklif edir.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Sistem avtomobillərə zolaqları dəyişməyə, sürətlənməyə və ya ləngiməyə, avtomobilləri ötməyə, magistral yollara girib-çıxmağa imkan verir. 2021-ci ilin noyabr ayında elektrikli avtomobil istehsalçısı “Xpeng” Avropa bazarına çıxıb. Şirkətin G3 yolsuzluq avtomobili və P7 sedanı Norveçdə satışa çıxıb.

Son xəbərlər
Digər xəbərlər