20 C
Baku
Saturday, September 28, 2024

İsveç, Finlandiya və Türkiyə nümayəndələri yenidən bir araya gələcək

İsveç, Finlandiya və Türkiyə Helsinki və Stokholmun NATO-ya üzv olmaq təklifinin ratifikasiyasını müzakirə etmək üçün yeni danışıqlar planlaşdırıblar.

Bunu “Dagens Nyheter” qəzetinə müsahibəsində İsveçin xarici işlər naziri Ann Linde deyib.

“Tezliklə daha bir görüşümüz olacaq”, – deyə A.Linde bildirib.

Onun sözlərinə görə, İsveç hələ də ərizənin Türkiyə parlamentində ratifikasiyasına ümid edir. “Biz yeni görüşün tarixini hələ təyin etməmişik, lakin ümid edirik ki, Türkiyə hökuməti İsveç və Finlandiyanın ərizələrinin ratifikasiyasını Parlamentə göndərəcək. Onlar indi fasilədədirlər və yalnız oktyabrda işə qayıdacaqlar. Beləliklə, o vaxta qədər üzvlüklə bağlı çox az şey ola bilər”, – deyə XİN rəhbəri bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər