“BMT ilə birlikdə səylərimiz nəticəsində Ukrayna taxılının ixracına nail olduq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, BMT İstanbul razılaşmasının qida böhranının həllinə töhfə verə biləcəyinə inanır: “Eyni zamanda biz bu anlaşmanın müzakirələr masası üçün zəmin yarada biləcəyinə ümid edirik. Arzumuz müharibənin başa çatmasıdır”, – o bildirib.