20 C
Baku
Tuesday, October 8, 2024

Türkiyənin qazma gəmisi avqustun 9-da Mersin limanından yola düşəcək

Türkiyənin “Abdülhamid Han” adlı dördüncü qazma gəmisi avqustun 9-da Aralıq dənizi sahilindəki Mersin limanından yola düşəcək.

Gəminin Türkiyə sularında ilk missiyası üçün hazırlıqlar təxminən 2,5 ay davam edib.
“Abdülhamid Han” mayın 19-dan Cənubi Koreyanın Okpo limanından gələndən bəri Türkiyənin cənub sahillərindədir.

Türkiyənin ehtiyacları üçün kəşfiyyat və qazma işləri indiyədək üç gəmi tərəfindən həyata keçirilib: “Fatih”, “Kanuni” və “Yavuz”. Yeddinci nəsil qazma gəmisi “Abdülhamid Han” 238 m uzunluğunda və 42 m enindədir. 200 nəfərdən ibarət komanda 12 200 m-ə qədər dərinlikdə qazma işləri apara bilər.

Dünyada bu sinifdən cəmi 4-5 qazma gəmisi var və onlardan biri Türkiyənin sərəncamındadır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər