17 C
Baku
Wednesday, May 8, 2024

Neft bazarı əvvəlki vəziyyətə qayıdıb

Neft bazarı pandemiyadan əvvəlki vəziyyətinə qayıdıb.

Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun fikrincə, OPEK+ təşkilatının sentyabrda neft hasilatını sutkada 100 min barelə çatdırmaq qərarı artan tələbatı təmin etməyə yönəlib. Novak hazırda aviasiya uçuşlarının 2020-ci ilin apreli ilə müqayisədə 23 faiz artığını qeyd edib.

Rusiya rəsmisi neft bazarında qeyri-müəyyənliyin mövcudluğunu istisna etməyib. Belə ki, COVID-19 virusunun yenidən yayılması ilə əlaqədar mümkün karantin riski hələ də qalır, bundan əlavə, Rusiya neft sahəsinə tətbiq edilmiş sanksiyalara görə logistik problemlər yaşanmaqdadır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər