Hollandiya Statistika Mərkəzi Bürosu (CBS) 2022-ci ilin iyul ayı üçün istehlak qiymətlərinin artımı ilə bağlı göstəriciləri açıqlayıb.
Banker.az xəbər verir ki, CBS-nin açıqlamasına görə, iyul ayında istehlak qiymətləri keçən ilin eyni ayı ilə müqayisədə 10.3% artıb. Beləliklə, ölkədə inflyasiya 1975-ci ilin sentyabrındakı 10.4% səviyyəsindən sonra ilk dəfə olaraq ikirəqəmli ədədə çatıb.
Qeyd edək ki, 1973-cü ildə neft böhranından sonra Hollandiyada qiymətlər artmağa başlamış və 1975-ci ilin yanvarında inflyasiya 11.1%-lə rekord qırmışdı.
Hollandiyada inflyasiya əvvəlki üç ayda azalmağa doğru gedirdi, martda 9.7% olan istehlak qiymətləri apreldə 9.6%, may ayında 8.8% olub, iyunda isə 8.6%-ə enib.