9 C
Baku
Friday, December 27, 2024

Serbiyada çörəyin qiyməti məhdudlaşdırıldı

Serbiya hökuməti çörəyin qiymətlərini 30 gün müddətinə məhdudlaşdırıb.

Bu barədə cümə axşamı Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hökumətin iclasında birinci dərəcəli undan hazırlanan çörəyin qiyməti istehsalçılar üçün 45.88 serb dinarı (68 qəpik), son istehlakçılar üçünsə 53.5 serb dinarı (79 qəpik) səviyyəsində məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Bu qərar avqustun 9-dan qüvvəyə minir və 30 gün müddətində qüvvədədir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər