12 C
Baku
Friday, November 1, 2024

Fərhad Vəliyevə Mərkəzi Bankda vəzifə verildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İnzibati və satınalmalar departamentinin direktoru dəyişib.

Banker.az xəbər verir ki, Murad İsgəndərlini qeyd edilən departamentdəki rəhbər vəzifəsindən azad edilib.

Onu bu vəzifədə Fərhad Əhməd oğlu Vəliyev əvəzləyib.

İnzibati və satınalmalar departamentinin fəaliyyətinin əsas məqsədi Mərkəzi Bankın inzibati – təsərrüfatçılıq fəaliyyətinin lazımi səviyyədə təşkil edilməsi, Bankda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və qorunması, Mərkəzi Bankda sanitariya və gigiyena norma və standartlarının tətbiqinin təmin edilməsidir.

Fərhad Vəliyev may ayından etibarən AMB sədrinin inzibatçılıq üzrə müşaviri kimi vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Fərhad Vəliyev 2010-cu ildən “PAŞA Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

Son xəbərlər
Digər xəbərlər