Həsənova Zülfiyyə Nadir qızına məxsus “OAZİS” əmtəə nişanından Kərimov Əlizadə Əlvan oğlunun Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev, ev 24 ünvanında yerləşən restoranda qanunsuz istifadə etməsi ilə haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən olunub.
Banker.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Dövlət Xidmətindən bildirilir ki, bununla əlaqədar Ə.Kərimov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq Ə.Kərimova “OAZİS” əmtəə nişanından qanunsuz istifadəyə yol verilməməsinə dair göstəriş verilib.








