“Afrika ölkələri Rusiyadan yalnız taxıl və gübrə ala bilər. Sanksiyalardan yayınmaqla Rusiyadan neft alınması fəsadlara səbəb ola bilər”.
Bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirib.
Onun sözlərinə görə, Afrika ölkələri Rusiyaya ABŞ sanksiyalarından yayınmağa kömək edərsə, bunun fəsadları ilə üzləşəcək.
“Ölkələri tədbirlərlə üzləşmək riskini nəzərə almağa və sanksiyaları pozmamağa çağırırıq”, – o deyib.