Azərbaycan Mərkəzi Bankının (AMB) “Kapital bazarına nəzarət departamenti”nin adı “Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti”nə dəyişdirilib.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Xatırladaq ki, bundan əvvəl AMB-nin “İnzibati departament”inin və “Sığorta fəaliyyətinə nəzarəti departamenti”nin adı müvafiq olaraq “İnzibati və satınalmalar departamenti”nə və “Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamenti”nə dəyişdirilib.