20 C
Baku
Saturday, September 28, 2024

Stoltenberq: “Ukraynaya verdiyimiz yardımlar baha başa gəlir”

Ukraynada müharibənin nə qədər davam edəcəyini və nəticələrin necə olacağını proqnozlaşdırmaq mümkün deyil.

Bu barədə “Vijesti” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Jurnalistin Ukraynadakı münaqişənin sona çatması ilə bağlı proqnozla bağlı sualını cavablandıran Stoltenberq deyib:

“Ukraynada müharibənin nə qədər davam edəcəyini və nəticələrin necə olacağını proqnozlaşdırmaq mümkün deyil. Nə qədər lazımdırsa Ukraynanı dəstəkləmək vacibdir. Təbii ki, Ukraynaya verdiyimiz bütün hərbi, iqtisadi və humanitar yardımlar baha başa gəlir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər