Norveçdə mal və xidmətlərin qiymətləri son 12 ayda orta hesabla 6,8% artıb ki, bu da 1988-ci ildən bəri ən yüksək göstəricidir. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Krallığın Mərkəzi Statistika İdarəsi məlumat yayıb.
Departamentin sözçüsü Espen Kristiansenin sözlərinə görə, inflyasiyada əsas amil ərzaq və alkoqolsuz içkilərin qiymətlərindəki “tarixi” artım olub.
İyun-iyul aylarında bu qrup mallar 7,6% bahalaşıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur. “Biz əvvəllər bir ay ərzində ərzaq qiymətlərində bu qədər artımla rastlaşmamışdıq” – o deyib.