14 C
Baku
Saturday, November 23, 2024

“Meta” istiqrazların yerləşdirilməsi yolu ilə $10 mlrd. cəlb edib

“Meta Platforms” istiqrazların yerləşdirilməsi yolu ilə 10 milyard dollar cəlb edib. Qeyd edək ki, korporasiya hələ də istiqraz buraxmayan yeganə böyük texnologiya şirkətlərindən biri idi. Mark Zukerberqin şirkəti bu addımı səhmləri geri almaq, eləcə də yeni məhsullara investisiya etmək üçün lazım olan vəsait ehtiyatını yaratmaq üçün atıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Daha əvvəl ABŞ-ın digər texnologiya nəhəngləri “Apple” və ““Intel” öz istiqrazlarını buraxıblar və nəticədə müvafiq olaraq 5.5 milyard və 6 milyard dollar cəlb etməyi bacarıblar.

İyulun sonunda “Meta” tarixində ilk dəfə gəlirinin azaldığını açıqlayıb. İkinci rübdə şirkətin gəlirləri 1% azalaraq 28.8 milyard dollar təşkil edib. Səbəblər arasında digər platformalarla rəqabətin artması və iqtisadiyyatın yavaşlaması göstərilir.

Son xəbərlər
Digər xəbərlər