14 C
Baku
Saturday, November 23, 2024

Rusiyanın Zaporojyedə keçirəcəyi referendumun tarixi məlum olub

Sentyabrın 11-də Ukraynanın qismən işğal edilmiş Zaporojye vilayətində Rusiyaya birləşmək üçün səsvermə keçiriləcək.

Bunu işğal edilmiş ərazinin hərbi-mülki administrasiyasının qondarma rəhbəri Yevgeni Balitski yerli sakinlərlə söhbətində deyib.

Onun sözlərinə görə, səsvermənin gözlənildiyi kimi, kabinlər, seçki qutuları, şəxsən gələ bilməyən vətəndaşlar üçün evlərinə aparılmaqla keçirilməsi planlaşdırılır.

Y.Balitski kiberhücum təhlükəsi səbəbindən onlayn formatı çətin adlandırıb: “De-yure” region hələ Rusiya Federasiyasına aid olmasa da, yerli “hakimiyyət” bunu çox istərdi.

O, yerli sakinlərin mövqeyi barədə heç nə deməyib.

“Meduza” internet nəşri daha öncə müəyyən edib ki, Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərinin sakinlərinin yalnız 30 %-i regionların Rusiyaya birləşdirilməsinin tərəfdarıdır. Eyni zamanda qondarma Donetsk Xalq Respublikasının başçısı Denis Puşilin bildirib ki, Donbasın Rusiyaya daxil olması ilə bağlı referendumun tarixi bütün Donetsk vilayəti ələ keçirildikdən sonra elan olunacaq. Təxminən altı ay davam edən müharibədən sonra Rusiya Federasiyası və separatçı qüvvələr bölgənin bütün ərazisinə nəzarəti ələ keçirə bilmir, döyüşlər orada davam edir. Kremlyönlü media “azad edilmiş” torpaqların faizini açıqlamağı dayandırıb.

Ukrayna Zaporojye vilayətinin bir hissəsini əlində saxlamaqda davam edir. Son həftələr Ukrayna Silahlı Qüvvələrinin mümkün əks-hücum əməliyyatı ilə bağlı şayiələr yayılır. Bununla əlaqədar olaraq, Xerson və Zaporojye vilayətlərinin sakinləri təcili olaraq təxliyə olunmağa çağırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər