7 C
Baku
Thursday, December 12, 2024

Çətin vəziyyətdə qalan Misir iqtisadiyyatına Səudiyyə Ərəbistanından $10 mlrd.-lıq dəstək

Səudiyyə Ərəbistanı Misirə verəcəyi $10 mlrd.-lıq çərçivəsində ilkin olaraq dörd şirkətdən $1.3 mlrd.-lıq səhm alıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı sərvət fondu vasitəsilə Misirdə dörd şirkətin dövlət səhmlərini $1.3 mlrd.-a alıb. Resurslar ərəb dünyasında açar hesab edilən ölkənin çətin vəziyyətdə olan iqtisadiyyatına öhdəliyin bir hissəsi kimi köçürüləcək.

Misirin Planlaşdırma Nazirliyi çərşənbə günü elan edib ki, $620mlrd.-lıq Dövlət İnvestisiya Fondu tərəfindən yaradılan yeni şirkət “The Saudi Egyptian Investment Co.” “Abou Kir Fertilizers & Chemical Industries Co.”, “Misr Fertilizer Production Co.”, “Alexandria Container& Cargo Handling Co.” və “E-Finance”in minoritar səhmlərini alıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Misirin səhiyyə, təhsil və kənd təsərrüfatı kimi sektorlarına $10 mlrd. sərmayə qoyacağını vəd etmişdi. Körfəz ölkəsi mart ayında Misir Mərkəzi Bankına $5 mlrd. köçürmüşdü.

Böyük ərzaq idxalçısı olan Misir Rusiyanın Ukraynanı işğalından ağır zərbə alıb. Müharibə Şimali Afrika ölkəsinin buğda və yanacaq ödənişlərini artırıb, valyutasına təzyiq göstərib və onu Beynəlxalq Valyuta Fondundan (BVF) kömək istəməyə sövq edib. Bu il Misirdə xarici investorlar da $20 mlrd.-lıq kapitalı bazardan geri çəkib.

Misirin planlaşdırma naziri Səudiyyə Ərəbistanı ilə müqavilələrin dövlətin əmlak bazasını genişləndirmək və birbaşa xarici investisiyaları təşviq etmək planı çərçivəsində həyata keçirildiyini bildirib.

İndi Körfəzdən gələn maliyyələşmə, maliyyə vəziyyətini sabitləşdirməyə çalışan Misirə mühüm dəstək verir.

Qeyd edək ki, mart ayında Qətər də Misirdəki investisiyalara $5 mlrd. köçürməyi vəd edib.

“Goldman Sachs Group Inc.” Misirin BVF-dən $15 mlrd.-lıq paketə ehtiyacı olacağını proqnozlaşdırır, lakin Misirin maliyyə naziri Məhəmməd Maait daha kiçik bir paket istədiklərini söyləyib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman keçən ay Qırmızı dənizdəki Aqaba körfəzinin o tayında yerləşən Neom meqa layihəsi çərçivəsində Misirin Şarm əl-Şeyx şəhərinə investisiya qoymağı planlaşdırdığını bildirib. “Misir hökuməti ilə təmasdayıq” deyən Salman Misirə yatıracaqları investisiyanın Səudiyyə Ərəbistanının da xeyrinə olacağını bildirib.

 

Son xəbərlər
Digər xəbərlər