13 C
Baku
Friday, November 22, 2024

SOCAR-ın Türkiyədəki “Petkim”inin vəziyyəti açıqlandı: xalis mənfəət azalıb, yoxsa çoxalıb?

Əsas səhmdarı SOCAR olan və Türkiyədə enerji sektorunda fəaliyyət göstərən “Petkim Holding” 2022-ci ilin ilk yarısında 2.52 milyard türk lirəsi həcmində xalis mənfəət əldə edib.

Bu barədə Banker.az “Petkim”in maliyyə hesabatına istinadən xəbər verir.

Xalis mənfəəti illik müqayisədə lirə ilə ifadədə 90% artıb, lakin SOCAR-ın bu biznesi ölkə xaricində yerləşməsi və manatın ABŞ dollarına fiks məzənnədə qalmasını nəzərə alaraq biz gəlirləri həmçinin ABŞ dolları ilə də ifadə etmək və müqayisəmizi aparmaq istərdik.

Bildiyiniz kimi, türk lirəsi son bir ildə (1 iyul üzrə müqayisə) düz 90% dəyər itirib. USD/TRY valyuta cütlüyü əməlli bir ralli yaşayıb. Məsələn, 1 dollar Türkiydə 2021-ci ilin ilk yarısında 8.7 lirə ilə tamamlandığı halda, bu il 16.7 lirə olub.

234234234234234

Yəni “Petkim” 2021-ci ilin birinci yarısında 1.33 mlrd. lirəlik xalis mənfəət həmin dövrdə 152 ABŞ dolları olduğu halda, cari ildə isə 2.52 mlrd. lirə 151 ABŞ dollar təşkil edir. Təqribən xalis mənfəət həcmi eynidir.

2021-ci ilin ilk yarısında “Petkim”in gəlirləri 7.4 mlrd. lirə (850 ABŞ dolları) təşkil etdiyi halda, cari ildə yerli valyuta ilə ifadədə 94% artaraq 14.37 mlrd. lirə (860 dollar) olmuşdur. ABŞ dolları ilə müqayisə etdikdə şirkətin gəlirləri cəmi 1.2% artmışdır.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

4354353453453455345

Son xəbərlər
Digər xəbərlər