“Shell” Meksika körfəzindəki üç platformada neft hasilatını dayandırıb

Britaniya-Niderland neft-qaz şirkəti “Shell” Meksika körfəzindəki bir neçə dərinsulu platformada kəmərdə sızma nəticəsində hasilatı dayandırıb.

Bu barədə “Dow Jones” məlumat yayıb.

“Shell” şirkətinin işçiləri problemi həll etmək üçün çalışırlar”, – şirkət bildirib.

Qeyd edilib ki, “Mars”, “Ursa” və “Olympus” platformalarında əməliyyatlar dayandırılıb. Şirkət bu platformalarda hasilatın nə vaxt bərpa olunacağını dəqiqləşdirməyib.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər