10 C
Baku
Wednesday, December 11, 2024

Qazaxıstan neftinin bir hissəsini Azərbaycan vasitəsilə satmaq niyyətindədir

Qazaxıstan öz neftinin bir hissəsini – gündə təqribən 100 min barel və ya Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə nəql olunan həcmin 8%-ni Rusiyadan yan keçməklə Azərbaycanın boru kəmərləri ilə tədarük edib satmaq niyyətindədir.

“Reuters“ xəbər verir ki, 20 il ərzində Qazaxıstandan neft Xəzər Boru Kəməri Konsorsiumunun kəməri vasitəsilə Novorossiysk limanına tədarük olunub.

Bununla belə, iyul ayında Rusiya məhkəməsi neft sızmalarına qarşı mübarizə və ekoloji təhlükəsizlik planının pozulması səbəbindən CPC-nin fəaliyyətini 30 gün müddətinə dayandırdığından sonra Qazaxıstan alternativ yollar axtarmağa başlayıb.

Agentliyin istinad etdiyi mənbə bildirib ki, Qazaxıstanın “KazMunayQaz” milli şirkəti artıq SOCAR-la neft tədarükü ilə bağlı ilkin danışıqlar aparır.

Qazaxıstan tərəfi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ildə 1,5 mln. ton yanacaq satmağı planlaşdırır.

Beləliklə, Qazaxıstan BTC vasitəsi ilə gündəlik 30 min bareldən bir qədər çox neft sata biləcək.

Ölkənin ümumi neft ixracı isə dünya üzrə 1% təşkil edir. Bu, sutkada 1.4 milyon barel deməkdir.

Tərəflər arasında neft ixracına dair razılaşmanın avqust ayının sonunda imzalanması, tədarükə payızda başlanması gözlənilir.

Bununla yanaşı, Qazaxıstan 2023-cü ildən etibarən Azərbaycanın digər kəməri – Bakı-Supsa ilə ildə 3.5 milyon barel neft ixrac etmək niyyətindədir.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər