“Sun Food” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş müxtəlif növ süd və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
AQTA-nın məlumatına əsasən, məhv edilmiş məhsulların ümumi çəkisi 36.86 ton təşkil edib.