2 C
Baku
Saturday, December 14, 2024

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik müddəti uzadılır

Ukrayna Prezidenti Volodimir Zelenski “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” və “Ukraynada ümumi səfərbərlik müddətinin uzadılması haqqında” fərmanlarının təsdiq edilməsi haqqında qanun layihələrini Ali Radaya göndərib.

Müvafiq qanun layihələri 7664 və 7665 nömrələri altında qeydiyyatdan keçib. Onların mətnləri hazırda parlamentin saytında mövcud deyil.

Eyni zamanda, “Qolos” fraksiyasının üzvü Yaroslav Jeleznyak öz teleqram kanalında qeyd edib ki, Ali Rada bu sənədlərə yaxın günlərdə baxmağa hazırlaşır və həm hərbi vəziyyətin, həm də ümumi səfərbərliyin uzadılması müddəti 90 gün ola bilər.

 

 

Son xəbərlər
Digər xəbərlər