Küveyt 6 il sonra İrana yeni səfir təyin edib.
İran mediası bildirib ki, Küveyt hökumətinin yeni səfiri Bədr Abdulla əl-Manix şənbə günü etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiana təqdim edib.
Küveytin Xarici İşlər Nazirliyi də əl-Manixin ölkənin Tehrandakı səfirliyinə təyin olunduğunu təsdiqləyib.
Qeyd edək ki, 2015-ci ildə İranın Ali Liderinin tərəfdarları Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum etdikdən sonra Ər-Riyad Tehranla münasibətləri kəsdi.
Bir il sonra Küveyt Fars körfəzinin digər ərəb ölkələri ilə birlikdə Səudiyyə Ərəbistanına həmrəylik əlaməti olaraq Tehrandakl səfirliklərini geri çağırdı.