F-16-nın Türkiyəyə verilməsi və mövcud olanların modernləşdirilməsinə dair danışıqların növbəti mərhələsi bu gün Amerika Birləşmiş Ştatlarında baş tutacaq.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ABŞ-ın dəvəti ilə danışıqlarda iştirak etmək üçün Milli Müdafiə Nazirliyinin texniki heyəti yola düşüb.