2022-ci ilin birinci yarımili ərzində ölkədə 4,3 min iş yeri bağlanıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu dövrdə bağlanmış iş yerlərinin 43,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
İş yerlərinin 44.8 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 55.2 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.