Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı dəyişə bilər.
Bu barədə Ukraynanın “Teleqraf” nəşri hakimiyyətə yaxın mənbələrə istinadən yazıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnını Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı Aleksandr Sırski ilə əvəz etməyi planlaşdırır.
Yerdəyişmə avqustun sonu və ya sentyabrın əvvəlində baş verə bilər. Bildirilir ki, Valeri Zalujnıya müdafiə naziri postu təklif olunacaq.