23 C
Baku
Tuesday, October 8, 2024

Politico: Ankara və Moskva yaxınlaşarsa, ABŞ qərb şirkətlərindən Türkiyəni tərk etmələrini tələb edəcək

Ağ Ev Ankara və Moskvanın “rəsmi iqtisadi tərəfdaşlığa” girəcəyi təqdirdə, ABŞ şirkətlərinə Türkiyə ilə  iqtisadi əlaqələri azaltmağı tövsiyə edə bilər. BU barədə adı açıqlanmayan amerikalı məmura istinadən “Politico” qəzeti yazıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Biz düşünürük ki, Türkiyə biznes və kapital üçün qlobal cazibə mərkəzi olmalıdır, lakin Rusiya ilə sıx əlaqələr Türkiyənin dünya ilə inteqrasiyası üçün real risklər yaradacaq”, – deyə mesajda bildirilir. Nəşrin məlumatına görə, Türkiyə ilə Moskvanın yaxınlaşması halında Ankaraya dollarla hesablaşmaq qadağan oluna bilər.

Xatırladaq ki, avqustun 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Soçidə danışıqlar aparıblar. Türkiyə Prezidentinin sözlərinə görə, danışıqlar zamanı milli valyutalarla ticarətə keçmək, eləcə də ölkələr arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.

Bundan əvvəl ABŞ Rusiya ilə silahlanma sahəsində əməkdaşlığa görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdi. Türkiyə Rusiya istehsalı olan S400 zenit-raket kompleksləri alır. Bununla bağlı ABŞ Türkiyəni F-35 qırıcılarının istehsalı proqramından kənarlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər