Yamayka Mərkəzi Bankı (BoJ) inflyasiyanın azalması üçün üçün şərtlərin kifayət qədər sərtləşmədiyini bildirərək, uçot faiz dərəcəsini daha 50 baza bəndi artırıb. Banker.az xəbər verir ki, faiz dərəcəsi 5.5%-dən 6%-ə yüksəldilib.
Beləliklə, BoJ son 8 iclasında faiz dərəcəsini cəmi 550 baza bəndi artırıb.
BoJ gələcək qərarların göstəricilərdən asılı olacağını bildirib.
Qeyd edək ki, Yamaykada illik inflyasiya 10.2% təşkil edir.