Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Oleksi Reznikov və infrastruktur naziri Oleksandr Kubrakov ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, telefon danışığı Ukraynanın Müstəqillik Günü ilə əlaqəli olub. Nazir Akar Türkiyənin Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayıb.