Banqladeşdə hökumət enerji çatışmazlığı səbəbindən iş qrafikində dəyişiklik edib.
Dövlət institutları əvvəllər saat 09:00-dan 17:00-dək işləyirdisə, yeni rəsmi qrafikə əsasən, iş günü saat 8:00-da başlayacaq və 15:00-da başa çatacaq. Beləliklə, iş gününün müddəti bir saatadək qısalacaq.
Bundan başqa, ölkədə təhsil müəssisələri həftədə iki gün bağlanacaq. Bu addımların məqsədi elektrik enerjisinə qənaət etmək və yollarda tıxacları azaltmaqdır.
“Avqust ayının əvvəlində Banqladeşdə yanacağın pərakəndə satış qiyməti ölkənin müstəqillik əldə etdiyi 1971-ci ildən bəri görünməmiş səviyyəyə çatıb”, – məlumatda belə deyilir.