13 C
Baku
Saturday, November 23, 2024

AzTV-nin zərəri daha da artıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2021-ci ili 1 milyon 995 min manat zərərlə başa vurub. 2020-ci ildə isə AzTV-nin zərəri 1 milyon 819 min manat idi ki, bu da illik müqayisədə 10% çoxalma deməkdir.

Banker.az bu barədə maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci ildə AzTV-nin əməliyyat gəlirləri 34 milyon 846 min manat, birja əməliyyatlarından gəliri 699 min manat, sair əməliyyat gəlirləri isə 6 min manat təşkil edib. Qurumun cəmi əməliyyat xərcləri 36 milyon 817 min manat, əmək haqqı xərcləri və sosial ayırmalar 21 milyon 485 min manat, amortizasiya xərcləri 3 milyon 366 min manat olub.

AZTV-nin 2021-ci ildə cəmi aktivləri 24 milyon 292 min manat təşkil edib ki, bu da illik müqayisədə 0.4% çoxalma deməkdir. Cəmi kapitalı isə 0.6% artaraq 23 milyon 280 min manat təşkil edib.

2021-də AzTV 23 min manat mənfəət vergisi ödəyib. Əvvəlki ildə isə 25 min manat mənfəət vergisi ödəyib ki, bu illik müqayisədə 6.2% azalmadır.

Son xəbərlər
Digər xəbərlər