11 C
Baku
Monday, November 18, 2024

“Kredaqro” istiqrazlarının yerləşdiriləcəyi tarix məlum oldu

24 avqust 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Kredaqro” MMC-nin ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Birjanın yaydığı məlumata görə, 30 avqust 2022-ci il tarixində BOKT “Kredaqro” MMC-nin ümumi dəyəri 500 000 (beş yüz min) manat olan istiqrazları yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir.

Faizli, təmin edilmiş, sənədsiz adlı istiqrazların sayı 5000 ədəd, nominal dəyəri 100 manat, illik faiz dərəcəsu 11%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti 90 günsən birdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

 

Son xəbərlər
Digər xəbərlər