10 C
Baku
Saturday, November 23, 2024

Ən böyük server tədarükçülərindən biri Rusiyanı tərk edir

Rusiya server bazarının lideri olan Amerika şirkəti “Dell” bütün işçilərini ixtisar edərək ölkənin tərk edir. Qeyd edək ki, şirkət hələ altı ay əvvəl Rusiyaya məhsulların satışını və çatdırılmasını dayandırıb. “Dell” Sankt-Peterburqdakı inkişaf mərkəzi əvəzinə Polşada analoji mərkəzi inkişaf etdirməyi planlaşdırır.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Moskvadakı satış ofisindən 50 əməkdaş işdən çıxarılıb, daha 400 nəfər Sankt-Peterburqda proqram tərtibatçısı vəzifəsini itirib. Tərəflərin razılığı ilə işçilərə səkkiz-doqquz ayın maaşı, bəzilərinə isə mükafatlar da verilir.

2021-ci ilin sonunda Dell 21% payla Rusiyanın server təchizatı bazarında lider olub. Bildirilir ki, “Dell”in gedişi bəzi müştəriləri rus istehsalçılarının məhsullarına keçməyə məcbur edəcək.

Son xəbərlər
Digər xəbərlər