2 C
Baku
Saturday, December 14, 2024

Rusiya döyüş təyyarələrini Krımdan çıxarır

Krımda baş verən son partlayışlar fonunda Rusiya öz döyüş təyyarələrini Krımdan çıxarmaq qərarına gəlib. Rusiyanın on təyyarəsi yarımadanın ərazisindən çıxarılıb.

Bu barədə məlumatı “Business Insider” nəşri  NATO-nun məxfi hesabatlarından əldə edib.

“Rusiya Ukraynadan gələcək hücumların qarşısını almaq üçün Krımdakı hərbi hava qüvvələrini geri çəkəcək”, – deyə sənəddə bildirilir.

NATO-dan bildirilib ki, Rusiya artıq 10 təyyarəsini yarımadadan çıxararaq Rusiyaya yerləşdirib. Bu, altı SU-35S qırıcısı və dörd MiQ-31BM təyyarəsidir.

Bununla belə hesabatda Sevastopol yaxınlığındakı Belbek aerodromunun əhəmiyyətindən bəhs edilir. Rotasiyaya baxmayaraq, aerodromun “Ukraynanın cənubunda və Qara dənizdə hava dəstəyinin təmin edilməsi” üçün əsas nöqtə olaraq qaldığı qeyd edilir.

NATO-nun məlumatına görə, aerodromda 32 Rusiya qırıcısı yerləşdirilib. Onların əsas hissəsi SU-27-lərdir, lakin az sayda SU-35S və MiQ-31BM də var.

 

 

Son xəbərlər
Digər xəbərlər