Çin amerikalı siyasətçilərin Tayvana səfərləri ilə bağlı ABŞ-a növbəti dəfə xəbərdarlıq edib
Bu barədə Çin hökumətinin rəsmi nümayəndəsi Ma Xiaoguang məlumat verib.
O qeyd edib ki, Çin ABŞ senatoru Marş Blekbernin adaya səfərinə kəskin etiraz edir.
“Tayvanın qondarma müstəqilliyi üçün təxribatlar və xarici siyasi qüvvələrin dəstəyini qazanmaq cəhdləri qaçılmaz olaraq iflasa məhkumdur”, – bəyanatda deyilir.
Rəsmi nümayəndə bildirib ki, ABŞ hökumət nümayəndələrinin Taypeyə qeyri-rəsmi səfərləri iki ölkənin ikitərəfli razılaşmalarını ciddi şəkildə pozur.