Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndə heyəti formalaşdırılıb və həftə ərzində Zaporojye AES-ə baş çəkəcək.
Bunu AEBA-nın direktoru Rafael Qrossi Tvitter hesabında yazıb.
“AEBA-nın heyəti Zaporojye AES-ə yola düşməyə hazırdır. Bu həftə AES-ə gedəcək missiyaya başçılıq etməkdən qürur duyuram” – deyə Qrossi qeyd edib.
Qeyd edək ki, Ukraynanın Enerqodar şəhərində yerləşən Zaporojye AES hazırda Rusiya ordusunun nəzarətindədir.