7 C
Baku
Sunday, December 15, 2024

Rəisi Ərdoğanla Araz çayı üzərindəki su sədləri ilə bağlı razılığa gəldiklərini deyib

İranın regionda mövcudluğu sabitlik üçündür.

Bunu İran Prezidenti İbrahim Rəisi keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Çinlə İran arasında əlaqələr tamamilə müstəqildir və Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük sayəsində əlaqələr daha da inkişaf edəcək.

“Hər iki ölkə münasibətlərini inkişaf etdirmək əzmindədir”.

İbrahim Rəisi sanksiyalar fonunda ölkənin daxili inkişafına diqqət yetirilməli olduğunu deyib.

“Xaricilərin əlinə baxmaq ölkəni geriyə atır. Neçə ki, ölkə illərdir bu şəraiti yaşayır. Daxili imkanlardan və bacarıqlı şəxslərdən istifadə etmək lazımdır. Dövlət qurumların gənc və səmərəli qüvvələrin cəlb edilməsi hökumətin gördüyü işlərdəndir.”

Rəisi Rəcəb Tayyib Ərdoğanla görüşdə Araz çayı üzərində qurulan su sədləri ilə bağlı problemlərin həllinin də asanlaşdıracaq razılığa gəldiklərini bildirib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər