“Sun Food”a məxsus istehlaka yararsız süd məhsulları məhv edilib

“Sun Food” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, müxtəlif növ süd və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Agentlikdən verilən məlumata görə, məhv edilmiş məhsullar istehlaka yararsız və istifadə müddəti bitmiş olub. Onların ümumi çəkisi 34.29 ton təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər