6 C
Baku
Monday, December 16, 2024

Ukrayna taxılını daşıyan ilk gəmi Afrikaya çatıb

Ukrayna buğdasını daşıyan BMT gəmisi Afrikaya çatıb.

Bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi “Facebook”da məlumat verib.

Bildirilib ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən icarəyə götürülən “BRAVE COMMANDER” gəmisi bu gün Cibutiyə çatıb. Gəmidə 23 min ton buğda var və bu yük Efiopiyadakı istehlakçılara çatdırılacaq.

“”Taxıl sazişi” imzalanandan bəri biz Ukraynanın dünya, xüsusilə humanitar fəlakət vəziyyətində olan Afrika və Asiya ölkələri qarşısında qlobal ərzaq məsuliyyətini dərk etdik. Məhz buna görə də biz BMT ilə sıx əməkdaşlıq edərək artıq Efiopiya və Yəmən xalqına kömək etmək üçün 50 min tondan çox məhsulu olan iki gəmi göndərmişik. Biz öz tərəfimizdən bu gəmilərin qəbulu, yüklənməsi və göndərilməsi üçün ən sürətli və ən səmərəli prosesi təmin edirik. Bizim üçün belə daşıma qeyd-şərtsiz prioritetdir. Biz ərzaq yardımının həcmini artırmaq üçün BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə işləməyə davam edirik. Mən tərəfdaşlara əməkdaşlığa görə minnətdaram”, – deyə Ukraynanın infrastruktur nazirii Aleksandr Kubrakov bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər