“Növbəti sanksiyalar arasında rusiyalı turistlərə viza verilməsinə limitin tətbiqi ola bilər”.
Bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto jurnalistlərə açıqlamasında deyib.
“Biz Finlandiyada belə bir qərar üzərində işləyirik ki, Rusiyadan gələn turistlərin normal, ənənəvi sayının yalnız 10 faizinə viza verək. Finlandiya olaraq artıq rusiyalı turistlərin viza verilməsinə müəyyən məhdudiyyətlərin tətbiqi istiqamətində addım atırıq və inanırıq ki, digər Aİ ölkələri də oxşar addımları atacaq”.
Finlandiya XİN başçısı Rusiyadan qaz alışın dayandırılması və Rusiya qazına alternativin tapılması barədə də danışıb.
“Rusiyadan artıq Finlandiyaya qaz ixracı dayanıb və Finlandiya maye qaza investisiya qoyur. Bu ilin sonuna qədər maye qaz terminalının açılışı olacaq”, o əlavə edib.