12 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda “Bloomberg” ticarət sisteminə dair yeni kollektiv saziş qüvvəyə minib

Azərbaycanda manatla banklararası təminatsız kredit əməliyyatlarının “Bloomberg” ticarət sistemi vasitəsilə bağlanmasına dair yeni kollektiv saziş qüvvəyə minib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yeni əməliyyat çərçivəsinin effektiv tətbiqinə şərait yaratmaq üçün banklararası pul bazarının aktivləşdirilməsi istiqamətində iş görülüb. Banklararası pul bazarının aktivləşməsi məqsədilə alternativ əməliyyat platforması təklif olunub.

“Banklararası bazarın inkişafı istiqamətində digər mühüm tədbir istinad faizi indekslərinin hesablanması metodologiyasının tətbiqidir. Pul bazarındakı əməliyyatlar üzrə reprezentativ faiz indeksinin hesablanması və açıqlanması pul siyasətinin əməliyyat hədəflərinə nail olunmasının effektivliyini monitorinq etməyə imkan verəcək. Eyni zamanda banklararası pul bazarındakı əməliyyatlar üzrə reprezentativ faiz indeksləri kreditlər, istiqrazlar və törəmə alətlər kimi maliyyə alətlərinin tətbiqində istinad faiz rolunu oynayacaq”, – deyə məlumatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər