“Baku Steel Company” yeni yayma və boru zavodu quracaq – Dövlət Proqramı

Azərbaycanın qara metallurgiya sektorunda fəaliyyət göstərən “Baku Steel Company” QSC üçün yeni istehsal imkanlarının yaradılması nəzərdə tutulur.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 sentyabr tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunur.

Sənədə əsasən, şirkət tərəfindən polad məhsullarının istehsalı üzrə yeni yayma zavodunun yaradılmasının dəstəklənməsi, həmçinin tikişsiz boru istehsalı sahəsində istehsal güclərinin yaradılması nəzərdə tutulur.

Dövlət Proqramında yüksək əlavə dəyərli qara metallurgiya məhsullarının istehsalının genişləndirilməsi və polad məhsullarının ixrac imkanlarının artırılması əsas hədəflərdən biri kimi göstərilir.

Qeyd edək ki, sənəddə Azərbaycanın qara metallurgiya sahəsində əsas çağırışlardan biri kimi yerli xammal bazasının inkişaf etdirilməsi göstərilir. Hazırda ölkədə qara metal məmulatları istehsal edən müəssisələr əsasən idxal olunan pəstah və metal qırıntılarından istifadə edir. Dövlət Proqramı isə Daşkəsən dəmir filizi yataqları əsasında hasilat, zənginləşdirmə, pellet və İsti Briketlənmiş Dəmir (İBD) istehsalını əhatə edən inteqrə olunmuş istehsal zəncirinin yaradılmasını nəzərdə tutur.

Yeni layihələrin icrası nəticəsində ölkədə yüksək əlavə dəyərli polad məhsullarının istehsalının və ixrac potensialının artırılması hədəflənir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər