10 C
Baku
Friday, December 27, 2024

Göyçayın sabiq icra başçısının köməkçisinin məhkəməsi başlayıb

Göyçay rayon İcra Hakimiyyəti başçısının sabiq köməkçisi Vahid İsayevin cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında ilkin dinləmələr olub. Prosesdə dövlət ittihamçısı ittiham olunan şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişilməsi üçün əsaslar mövcud olmadığını bildirib. Prokuror seçilmiş qətimkan tədbirinin olduğu kimi saxlanılmasını və işin baxışa təyin edilməsini istəyib.

Baxış iclası sentyabrın 13-nə təyin olunub.

Xatırladaq ki, Vahid İsayev dələduzluqda və rüşvət verməyə təhrik etməkdə şübhəli bilinib. O, hüquq-mühafizə orqanları tərəfindən bu ilin mart ayında saxlanılıb.

Vahid İsayev Göyçay Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mehdi Səlimzadənin köməkçisi olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər