Çində baza eroziyası və mənfəətin dəyişdirilməsi (BEPS) ilə mübarizə üçün vergi müqavilələri ilə bağlı tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya qüvvəyə minib.
Bu barədə Rusiyanın Çindəki Ticarət Nümayəndəliyinin yaydığı məlumatda deyilir.
Bu konvensiya G20 beynəlxalq vergi islahatının bir hissəsidir. Gözlənilir ki, konvensiyanın qüvvəyə minməsi Çin və digər ölkələr arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair ikitərəfli sazişlərdə nəzərdə tutulan vergidən yayınmaya qarşı tədbirlərin gücləndirilməsi demək olacaq.
O da qeyd olunur ki, Çin Xalq Respublikasının Baş Vergilər İdarəsinin məlumatına görə, Çinin bağladığı 47 vergi sazişi artıq konvensiyaya tabedir. Gələcəkdə konvensiyaya yeni dövlətlər qoşulduqca, Çinin iştirakı ilə ona tabe olan ikitərəfli vergi sazişlərinin sayı 100-ə qədər arta bilər.