10 C
Baku
Wednesday, November 27, 2024

Azərbaycanda 4 broyler şirkətin səhmləri ucuz qiymətə satışa çıxarılır

Banker.az xəbər verir ki, hərraca 6 şirkətin səhmləri çıxarılır.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş  hüquqi və fiziki  şəxslər iştirak edə bilərlər.

Sifarişlər  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək  qəbul olunacaqdır.

Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və  emissiya prospektləri (özəlləşdirmə planları)  ilə  Hərracların Təşkili Mərkəzində  tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına   hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;
-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
(pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında  Əmlak Məsələləri  Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)
-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərracda iştirak etmək üçün “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İnvestisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
Pul hərracı 2022-ci il oktyabr ayının 11-də  saat 09:30-da  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.
Əlavə məlumatı 195-1 nömrəli çağrı mərkəzi  vasitəsi ilə  və xidmətin privatization.az  portalından ala bilərsiniz.

Sıra sayı Səhmdar cəmiyyətinin adı və təsis tarixi
Səhmdar cəmiyyətinin hüquqi ünvanı
Nizamnamə kapitalının həcmi (manat)
Buraxılmış səhmlərin ümumi sayı (ədəd) Bir səhmin nominal qiyməti (manat) Satışa çıxarılmış səhmlər Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti (manat) İlkin satış qiymətinin 10%-i həcmində hesablanmış behin məbləği (manat)
sayı (ədəd) buraxılmış səhmlərin ümumi sayında %-lə
1 Ağdaş Quşçuluq №463 23.03.1998 Ağdaş rayonu, Qaradağlı kəndi 677482.20 338741 2.00 101662 30.01 203324.00 101662.00 10166.20
2
Biləsuvar Broyler №388 02.03.1998 Biləsuvar rayonu, Nəsimi kəndi
297458.00
148729 2.00 44733 30.08 89466.00 44733.00 4473.30
3 İmişli Yağ Pendir №660 29.08.1997 İmişli rayonu, Rəsullu kəndi 238217.60 119109 2.00 35773 30.03 71546.00 35773.00 3577.30
4
Sabunçu Ticarət Təchizat
№93 16.04.2007
Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Frunze küçəsi, 13
90162.00
45081 2.00 20135 44.66 40270.00 20135.00 2013.50
5 Salyan broyler №376 26.12.2000 Salyan rayonu, Xələc kəndi 1120118.00 560059 2.00 168225 30.04 336450.00 168225.00 16822.50
6 Şıxlar Broyler
№544 06.04.1998
Masallı rayonu, Şıxlar kəndi 279609.60 139804 2.00 42090 30.11 84180.00 42090.00 4209.00
Son xəbərlər
Digər xəbərlər