12 C
Baku
Wednesday, December 11, 2024

Türkiyə Bosniya və Herseqovina ilə viza rejimini sadələşdirir

Türkiyə Bosniya və Herseqovina ilə viza rejimini sadələşdirir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sarayevoda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə vətəndaşları şəxsiyyət vəsiqələri əsasında qarşılıqlı səfərlər edə biləcəklər.

O bildirib ki, Türkiyə və Bosniya və Herseqovinanın xarici işlər nazirliklərinə müvafiq tapşırıqlar verilib.

Bundan başqa, Ərdoğan məlumat verib ki, oxşar razılaşmanın sentyabrın 7-də Serbiya ilə də bağlanması planlaşdırılır.

Prezident qeyd edib ki, Ankara ilə Sarayevo arasında əməkdaşlığın prioritet istiqamətlərindən biri qarşılıqlı ticarətin inkişafıdır və iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ildə 876 milyon dollara çatıb.

 

 

Son xəbərlər
Digər xəbərlər