5 C
Baku
Tuesday, January 13, 2026

Polşa Nigeriyadan neft və qaz tədarükünü genişləndirməyə ümid edir

Polşa hakimiyyəti Nigeriyadan mayeləşdirilmiş təbii qaz və neft tədarükünü genişləndirməyə ümid edir.

Bunu Nigeriyada səfərdə olan Polşa Prezidenti Anjey Duda mətbuat konfransında deyib.

“Nigeriyadan Polşaya qaz və neft tədarükündən danışsaq, enerji təhlükəsizliyi baxımından bugünkü danışıqlar bizim üçün vacibdir”, – o deyib.

Dudanın sözlərinə görə, Polşaya ilk qaz və neft tədarükləri artıq ötən illərdə həyata keçirilib.

“Gələcəkdə Nigeriyadan ölkəmizə bu tədarüklərin daha çox olmasını istərdik ki, iqtisadi əlaqələrimiz bu sahədə də inkişaf etsin”, – Polşa lideri qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər