Azərbaycan əsilli siyasətçi Türkiyə prezidentliyinə namizədliyini irəli sürəcək

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sabiq deputatı Sinan Oğan prezidentliyə namizəd olacağını açıqlayıb.

Bu barədə siyasətçi tviter profilində qeyd edib.

O özünü “Türk millətçilərinin prezidentliyə müstəqil namizədi” adlandırıb.

Daha öncə Sinan Oğan namizəd ola biləcəyini bildirmişdi: “Kılıçdaroğlu namizəd olarsa, mən də namizəd olaram”.

Qeyd edək ki, əslən azərbaycanlı olan Sinan Oğan Türkiyənin İğdır şəhərində doğulub. O, 2011-ci ildən 2015-ci ilədək Türkiyə Böyük Millət Məclisinin millət vəkili olub. 2017-ci ildə Millətçi Hərəkat Partiyasını tərk edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər