Böyük Britaniyanın “Legatum” analitik mərkəzi xəbərdarlıq edib ki, elektrik enerjisi üzrə ödənişlər dondurulsa da, gələn il daha 1.3 milyon britaniyalı yoxsulla üz-üzə qalacaq.
Mərkəz 2022-2023-cü illərdə yoxsulluq içində yaşayan insanların sayının 15.2 milyona yüksələcəyini proqnozlaşdırır.
Böyük Britaniyada qaz və elektrik enerjisi üçün yeni qiymətlər oktyabrın 1-də tətbiq ediləcək. Britaniyalılar qaz və elektrik üçün əvvəl 1.971 funt sterlinq ödədiyi halda, ödənişlər üzrə yeni tariflər 3.549 funt sterlinqə yüksələcək.